İqtisadiyyat Nazirliyi bu il ixrac missiyaları təşkil ediləcək ölkələrin sayını açıqlayıb

Biznes
  • 22 yanvar, 2019
  • 12:56
İqtisadiyyat Nazirliyi bu il ixrac missiyaları təşkil ediləcək ölkələrin sayını açıqlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu il ixrac missiyaları təşkil ediləcək ölkələrin sayı açıqlanıb.

“Report” xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilmiş kollegiya iclasında bildirilib ki, 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək.

Bundan başqa, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək.