Bu il Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 46 %-dək artırıb

Biznes
  • 24 mart, 2023
  • 11:10
Bu il Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 46 %-dək artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 454 milyon 243,48 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 142 milyon 194,74 min ABŞ dolları və ya 45,6 % çoxdur.

Ötən iki ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 17,13 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.