Bu il Azərbaycan metanol ixracından qazancını 15 %-ə yaxın artırıb
- 29 noyabr, 2024
- 15:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 83 milyon 854,60 min ABŞ dolları dəyərində 401 min 958,50 ton metanol (metil spirti) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 14,6 %, həcmi isə 1,8 % artıb.
Oktyabrda isə ölkədən 8 milyon 552,14 min ABŞ dolları məbləğində 34 min 862,6 ton metil spirti ixrac edilib ki, bu da 2023-cü ilin analoji dövrünə nisbətən müvafiq olaraq 15,2 % çox və 31,8 % azdır.
Bu ilin 10 ayında Azərbaycan 2 milyard 388 milyon 529,74 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 3,51 % təşkil edir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.