Bu il Azərbaycan mebel idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Biznes
  • 16 avqust, 2023
  • 12:53
Bu il Azərbaycan mebel idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 74 milyon 651,25 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 milyon 092,42 min ABŞ dolları və yaxud 25,34 % çoxdur.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,78 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi