Bu il Azərbaycan kərə yağı idxalını 15 %-ə yaxın azaldıb
- 02 dekabr, 2023
- 10:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 13 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kərə yağı və süddən hazırlanmış yağların idxal dəyəri 73 milyon 650 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 290 ton (14,8 % ), dəyər baxımından isə 15 milyon 749 min ABŞ dolları (17,6 %) azdır.
Ötən ilin 10 ayında Azərbaycan 89 milyon 399 min ABŞ dollar dəyərində 15 min 794 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib
Qeyd edək ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,52 %-ini təşkil edib.