Bu il alkoqollu və alkoqolsuz içki idxalı 19%-dək azalıb

Biznes
  • 17 oktyabr, 2019
  • 09:47
Bu il alkoqollu və alkoqolsuz içki idxalı 19%-dək azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 20 276,19 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, spirt ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 228,28 min dollar və yaxud təxminən 83,53% çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

Cari ilin 9 ayı ərzində Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, spirtin dəyəri isə 53 097,21 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 12 314,64 min dollar və yaxud 18,83% azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,83%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 9 aylıq ticarət dövriyyəsinin 14,87 milyard dolları ixracın, 10,38 milyard dolları isə idxalın payına düşüb.

44 filmi