"Brussels Airlines" reyslərinin 75%-ni ləğv edib

Biznes
  • 14 may, 2018
  • 08:29
Brussels Airlines reyslərinin 75%-ni ləğv edib

Bakı. 14 may. REPORT.AZ/ "Brussels Airlines" aviaşirkətin reyslərinin 75%-i ləğv edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb pilotların keçirdiyi 2 günlük tətildir. 

Tətildən təqribən 60 min sərnişin əziyyət çəkib. Aviaşirkətin rəhbərliyi onların 55 mininə yeni reys təklif edib. 

Hazırda "Brussels Airlines"la pilotlar arasında tətilin dayandırılması ilə bağlı danışıqlar davam edir.