Biznesin beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinin şərti açıqlanıb
- 20 oktyabr, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Düzgün tənzimləmə biznesin beynəlxalq rəqabət qabiliyyətini gücləndirir.
"Report" xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini Azər Abbasov Bakıda keçirilən Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) tədbirində bildirib.
Onun sözlərinə görə, biznes mühitində şəffaflıq, komplayens və eyni zamanda qlobal çağırışlar, komplayens termini cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində istifadə olunan termindən bir qədər fərqlənir: "Əslində, biri digərini əhatə edir. Komplayens daha geniş termindir. Bizim sahəmiz üzrə isə AML (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə) və ya preventiv sektor terminlərindən istifadə etmək daha məqsədəuyğun ola bilər. Bizim sahədə komplayens bir qədər fərqli modelləşdirmə və yanaşma nəzərdə tutur. Bu fərq qlobal çağırışlarda və qlobal standartlarda da özünü göstərir".
A.Abbasov qeyd edib ki, ümumiyyətlə, dayanıqlı iqtisadiyyat və şəffaf biznes mühiti dövlət və özəl sektorun maraqları kontekstində həm uzlaşır, həm də müəyyən fərqliliklərə malikdir: "Dövlət dayanıqlı və güclü iqtisadiyyat istəyir. Biznes isə daha çox gəlirli və dayanıqlı fəaliyyət göstərməyə çalışır. Eyni zamanda, dövlət biznes subyektlərinin yalnız gəlirli deyil, həm də davamlı fəaliyyət göstərməsində maraqlıdır. Dövlət iqtisadiyyatın davamlılığının və rəqabət qabiliyyətinin təmin olunmasına, rəqabətin təkcə yerli deyil, həm də beynəlxalq bazarlarda qorunmasına daha çox meyillidir. Bu baxımdan, düzgün tənzimləmə və düzgün yanaşma çox önəm daşıyır".