Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan yaşıl çay idxalını 9 dəfə artırıb
- 09 iyul, 2022
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel ayında Azərbaycana xaricdən 498,84 min ABŞ dolları dəyərində 86,05 ton yaşıl çay gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3,5 %, kəmiyyət olaraq – 14,2 % artıb.
Rusiyadan 222,74 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 18 % artıb) 26,89 ton (+1,1 %), Çindən 177,44 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 52,47 ton (+2,1 dəfə), Türkiyədən 43,16 min ABŞ dolları dəyərində (-65 %) 2,17 ton (-83,3 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 23,84 min ABŞ dolları dəyərində (-43 %) 2,23 ton (-50 %), Polşadan 11,5 min ABŞ dolları dəyərində (+45 %) 0,41 ton (+36,7 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 82,72 min ABŞ dolları dəyərində 13,63 ton yaşıl çay ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 44,3 % və 50 % azdır.
Ukraynaya 43,83 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 45,7 % azalıb) 7,72 ton (-52,5 %), BƏƏ-yə 12,49 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 1,9 ton (+8,6 dəfə), Gürcüstana 8,7 min ABŞ dolları dəyərində (+2,5 %) 1,19 ton (-4 %), Özbəkistana 6,05 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Moldovaya 3,66 min ABŞ dolları dəyərində 0,49 ton (tədarük olmayıb).