Beynəlxalq Sahibkarlar Forumunda süni intellektin müasir inkişafa təsiri ilə bağlı panel sessiya keçirilib

Biznes
  • 03 iyun, 2024
  • 16:20
Beynəlxalq Sahibkarlar Forumunda süni intellektin müasir inkişafa təsiri ilə bağlı panel sessiya keçirilib

Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda "Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt: startapların innovasiya və əməkdaşlıq alətləri vasitəsilə səlahiyyətləndirilməsi: investror və vençur kapitalistlərin baxışı" mövzusunda panel sessiya keçirilib.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sessiya çərçivəsində SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar İdarəsinin rəisi Teymur Əliyev, ICESCO-nun Elm və Texnologiya sektorunun rəhbəri Rahil Qəmər, müxtəlif maliyyə şirkətlərinin təsisçisi və rəhbəri Silvere Boussamba, "MACOM" şirkətinin həmtəsisçisi Stefani Meisl çıxış ediblər.

Onlar süni intellektin müasir inkişafa təsirindən, süni zəkanın əks mərkəzləşməsinin aktuallaşmasından, dataların anonimliyinin və məlumat itkisinin aradan qaldırılmasının vacibliyindən, bu istiqamətdə sığorta imkanlarından bəhs ediblər.

Panel iştirakçıları Avropa İttifaqının süni zəkadan istifadə zamanı etik qaydaların qorunması haqqında qərar qəbul etdiyini xatırladıblar.

Panel sessiya müzakirələr və sual-cavabla davam edib.