"Beta-Azərbaycan" nizamnamə kapitalını azaldır

Biznes
  • 01 may, 2025
  • 10:03
Beta-Azərbaycan nizamnamə kapitalını azaldır

"Beta-Azərbaycan" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Bununla belə, azalmanın nə qədər olacağı açıqlanmayıb.

Xatırladaq ki, "Beta-Azərbaycan" 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı isə 50 012 manatdır.

44 - Tezliklə