Belçikadan Azərbaycana siqar idxalı bərpa edilib

Biznes
  • 15 sentyabr, 2022
  • 08:51
Belçikadan Azərbaycana siqar idxalı bərpa edilib

Bu ilin I yarısında Azərbaycana xarcidən 146,23 min ABŞ dolları dəyərində 0,11 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 3,7 dəfə çoxdur.

Hesabat dövründə Kubadan 133,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 0,02 milyon ədəd (+2 dəfə) və Belçikadan 12,85 min ABŞ dolları dəyərində 0,09 milyon ədəd məhsul alınıb.

Bir il 4 aylıq fasilənin ardından Belçikadan tədarük bərpa edilib.

Qeyd edən ki, ötən il Azərbaycanın xaricdən (6 ölkədən) aldığı 222,38 min ABŞ dolları dəyərindəki siqarların 54 %-i Kubanın, 26,7 %-i İtaliyanın payına düşüb.

44 - Tezliklə