Belarusun taxta ixracında Azərbaycanın payı 24 %-ə yüksəlib

Biznes
  • 24 avqust, 2023
  • 13:19
Belarusun taxta ixracında Azərbaycanın payı 24 %-ə yüksəlib

Bu ilin yanvar-iyul aylarında Belarusun taxta ixracında Azərbaycanın payı 24 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz bəndi çoxdur.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarusun meşə təsərrüfatı naziri Aleksandr Kulik ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum ötən ilin iyun ayında ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar fonunda işini bir qədər də təkmilləşdirib: "Sanksiyalardan əvvəl Belaus ayda 60 min kubmetr taxta ixrac edirdi. Bu rəqəm sanksiyalara görə azalsa da, hazırda 77 min kubmetrlə tarixi rekord səviyyəyə yüksəlib".

Nazirin sözlərinə görə, sanksiyalara qədər taxta ixracında Belarusun əsas bazarı Avropa İttifaqı (Aİ) ölkələri olub və həmin ölkələr ixracda 56 % paya malik olub. “Aİ-yə ağac ixracı dayandırıldıqdan sonra əsas istehlakçılar Çin (52 %, əvvəllər 37 %), Azərbaycan (24 %, əvvəllər 4 %) və Rusiya (6 %) olub”.

A.Kulik onu da deyib ki, Belarus 7 ayda 90,4 milyon ABŞ dolları dəyərində taxta ixrac edib.

44 - Tezliklə