Belarusdan Azərbaycana velosiped tədarükü bərpa edilib

Biznes
  • 15 oktyabr, 2022
  • 13:32
Belarusdan Azərbaycana velosiped tədarükü bərpa edilib

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4,459 milyon ABŞ dolları dəyərində 117 min 520 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 43,4 % azdır.

Hesabat dövründə Çindən 3,732 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51,6 % azdır) 113 min 703 ədəd (-45 %), Rusiyadan 374,51 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 2 min 326 ədəd (+8,3 dəfə), Türkiyədən 87,36 min ABŞ dolları dəyərində (+11,1 dəfə) 427 ədəd (+3,5 dəfə), Belarusdan 56,59 min ABŞ dolları dəyərində 333 ədəd, Almaniyadan 50,04 min ABŞ dolları dəyərində (-30 %) 229 ədəd (-1,7 %) məhsul idxal edilib.

İki il 10 aylıq fasilənin ardından Belarusdan Azərbaycana velosiped tədarükü bərpa edilib.