BƏƏ mənzil tikintisinə dair yanaşmaları yenidən nəzərdən keçirməyə çağırıb
- 19 may, 2026
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil sahəsi əksər komponentlərin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsinə ehtiyac duyur, çünki perspektivə istiqamətlənmək lazımdır.
"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur nazirinin infrastruktur və nəqliyyat məsələləri üzrə müavini Məhəmməd İbrahim Həsən Əl Mənsuri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.
"Hesab edirəm ki, hazırda üzləşdiyimiz bütün çağırışlar hər birimizi həm özümüz, həm də gələcək nəsillər üçün layiqli həyat səviyyəsini təmin etməyə sövq edir. Bununla əlaqədar, dayanıqlı inkişaf prinsiplərini və iqlim transformasiyalarını nəzərə alaraq, bütün mənzil tikintisini yenidən qurmaq lazımdır. Bütün bunlar uzunmüddətli perspektivə strateji planlaşdırmanı nəzərdə tutur.
Əminəm ki, biz "yaşıl gündəliy"in irəliləməsinə kömək etməli və iqlim amilini qəbul edilən bütün siyasi qərarlara inteqrasiya etməliyik - bu birinci dərəcəli əhəmiyyət daşıyır. Söhbət insanların yaşayışından və yaşayış mühitindən gedir, buna görə də biz bu istiqamətdə siyasətimizi təkmilləşdirməyə borcluyuq. Həyata keçirilməsi tələb olunan konkret addımları aydın şəkildə müəyyən edəcək vahid platforma lazımdır", - o vurğulayıb.