BƏƏ-dən Azərbaycana darçın tədarükü bərpa edilib
- 15 oktyabr, 2022
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 198,32 min ABŞ dolları dəyərində 60,56 ton darçın idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq 61 % çoxdur.
Hesabat dövründə Vyetnamdan 79,34 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 25,16 ton (+4,2 dəfə), İrandan 53,65 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 22,53 ton (+3,8 dəfə), Hindistandan 24 min ABŞ dolları dəyərində (+12 %) 8 ton (+14,3 %), Türkiyədən 15,47 min ABŞ dolları dəyərində (+23 %) 1,36 ton (+48 %), Şri-Lankadan 10,13 min ABŞ dolları dəyərində (+166 dəfə) 1,2 ton (+120 dəfə) məhsul alınıb.
Yeddi il 5 ayın tamamında Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tədarük bərpa edilib. Həmin ölkədən 0,7 min ABŞ dolları dəyərində 0,2 ton darçın alınıb.