Bakının təkrar mənzil bazarında 2 otaqlılar 11 % bahalaşıb
- 01 oktyabr, 2024
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Bakıda köhnə tikililərdə 2 otaqlı mənzillərin orta qiyməti (1 kv.m-ə görə) 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 % artıb.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, avqustda yeni tikililərdə 2 otaqlı mənzillərin orta qiyməti (1 kv.m-ə görə) bir il öncəki göstəriciyə nisbətən 14,7 % artıb.
V. Oruc qeyd edib ki, Bakıda 2 otaqlı mənzillər köhnə tikililərdə ən çox Səbail rayonunda bahalaşıb: "Bu rayonda qiymət artımı ötən ilin eyni ayı ilə müqayisədə 15 % olub. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 20,1 % təşkil edib".
Bildirilir ki, Bakının Nərimanov rayonunda 2 otaqlı mənzillərin orta qiyməti köhnə tikililərdə 14,7 %, yeni tikililərdə 17,5 %, Xətai rayonunda köhnə tikililərdə 14 %, yeni tikililərdə 16,9 %, Nəsimi rayonunda 12,3 %, yeni tikililərdə 18,1 %, Nizami rayonunda 12 %, yeni tikililərdə 18,7 %, Sabunçu rayonunda köhnə tikililərdə 9,2 %, yeni tikililərdə 11,3 %, Binəqədi rayonunda köhnə tikililərdə 8 %, yeni tikililərdə 10,5 %, Qaradağ rayonunda isə köhnə tikililərdə 5 %, yeni tikililərdə isə 9 % artıb.