Bakının ilkin mənzil bazarında 3 otaqlılar 12 % bahalaşıb
- 01 oktyabr, 2024
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Bakıda köhnə tikililərdə 3 otaqlı mənzillərin orta qiyməti (1 kv.m-ə görə) 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,8 % artıb.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, avqustda yeni tikililərdə 3 otaqlı mənzillərin orta qiyməti (1 kv.m-ə görə) bir il öncəki göstəriciyə nisbətən 12,1 % artıb.
"Bakıın təkrar mənzil bazarında 3 otaqlıların qiyməti ən çox Nərimanov, Xətai və Səbail rayonlarında bahalaşıb. Nərimanovda qiymət artımı köhnə tikililərdə illik müqayisədə 13,9 %, yeni tikililərdə isə 17 % təşkil edib. Xətai rayonunda qiymət artımı köhnə tikililərdə 13,3 %, yeni tikililərdə 13,5 %, Səbaildə isə köhnə tikililərdə 13,2 %, yeni tikililərdə 17,5 % təşkil edib”, - deyə o qeyd edib.
Bildirilib ki, Nəsimi rayonunda 1 kv. m-ə görə köhnə tikililərdə 11 %, yeni tikililərdə 13,6 %, Yasamal rayonunda köhnə tikililərdə 11 %, yeni tikililərdə 13,7 %, Nizami rayonunda köhnə tikililərdə 10,1 %, yeni tikililərdə 13,9 %, Sabunçu rayonunda köhnə tikililərdə 7,8 %, yeni tikililərdə 7,8 %, Binəqədi rayonunda köhnə tikililərdə 7,4 %, yeni tikililərdə 9,3 %, Suraxanı rayonunda isə köhnə tikililərdə 6,2 %, yeni tikililərdə 7,1 %, Qaradağ rayonunda isə köhnə tikililərdə 4,9 %, yeni tikililərdə 7,1 % qiymət artımı qeydə alınıb.