Bakıda qadın sahibkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Biznes
  • 12 may, 2022
  • 13:48
Bakıda qadın sahibkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Mayın 13-15-də Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə qadın sahibkarların əl işlərindən ibarət 46-cı “Əl Əməyi Göz Nuru” satış-sərgisi təşkil olunacaq.

“Report” xəbər verir ki, sərgidə 100-dən çox qadın sahibkara öz məhsullarını təqdim etmək üçün təmannasız platforma təqdim ediləcək.

Sərgidə USAİD-lə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən nümayəndələrin iştirakı gözlənilir.