Bakıda nizamnamə kapitalı 9 milyon manatdan çox olan holdinq yaradılıb

Biznes
  • 12 dekabr, 2024
  • 07:31
Bakıda nizamnamə kapitalı 9 milyon manatdan çox olan holdinq yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Gradus Holding" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 11, nizamnamə kapitalı 9 milyon 320 min manat, qanuni təmsilçisi isə Könül İsmayıl qızı Qarayevadır.