Bakıda müxtəlif şirkətlərin Türkiyənin ticarət nümayəndələri ilə görüşü olacaq

Biznes
  • 11 dekabr, 2025
  • 16:11
Bakıda müxtəlif şirkətlərin Türkiyənin ticarət nümayəndələri ilə görüşü olacaq

Gələn il fevralın 23-26-da Bakıda müxtəlif şirkətlərin Türkiyənin ticarət nümayəndələri ilə görüşü keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Türkiyənin Ticarət Nazirliyi ilə koordinasiyalı şəkildə, "Türkiyə İxracatçılar Assambleyası" İctimai Birliyinin dəstəyi ilə təşkil olunacaq.

"Türkiyənin Ticarət Nazirliyi ilə koordinasiyada müxtəlif sektorlardan olan şirkət nümayəndələri üçün 23-26 fevral 2026-cı il tarixlərində Azərbaycana ticarət nümayəndə heyətinin səfəri təşkil ediləcək. Proqram çərçivəsində fevralın 24-də biznes forum keçiriləcək, daha sonra ikitərəfli işgüzar görüşlər (B2B) təşkil olunacaq", - məlumatda qeyd olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti