Bakıda korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib

Biznes
  • 29 noyabr, 2017
  • 12:30
Bakıda korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın və 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasını təmin etmək məqsədilə bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, "Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər" mövzusunda təşkil olunmuş tədbirdə kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən sənaye müəssisəsinin nümayəndələri iştirak edib.

Təlimdə qurumun Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ sosial məsuliyyətin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, şəffaflığın təmin olunması, məlumatların açıqlanması və s. barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.