Paytaxtda ictimai iaşə dövriyyəsi 19 %-dən çox artıb

Biznes
  • 29 may, 2025
  • 10:42
Paytaxtda ictimai iaşə dövriyyəsi 19 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 399,6 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə real ifadədə 19,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,7 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 % artaraq 561,3 milyon manat olub.