Bakıda “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçiriləcək
- 10 aprel, 2023
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 8-10-da “Baku Crystal Hall”da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, agentliyin və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.
150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgiyə qatılmaq istəyən şirkətlər ətraflı məlumat üçün müraciət edə bilərlər: (+994 12) 310 15 58 və ya *0555.