Bakıda gənc sahibkarlar forumu keçiriləcək
- 05 dekabr, 2019
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 10-da Bakı Konqres Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə I Gənc Sahibkarlar Forumu keçiriləcək.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, KOBİA, Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.
Forumda iştirak etmək istəyənlər 7 dekabr 2019-cu il tarixinədək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər:
Forumla bağlı əlavə suallarla KOBİA-ya müraciət etmək olar (Əlibaba Əliyev, 404-04-01 (daxili 162), 055-589-69-39).