Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb

Biznes
  • 11 oktyabr, 2019
  • 06:54
Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Mərkəzində Əfqanıstan məhsullarının sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgiyə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Əfqanıstanın sənaye və ticarət naziri Ajmal Əhmədi də qatılıb.

Onlar sərgilənən məhsullarla tanış olublar.

Qeyd edək ki, oktyabrın 14-nə qədər davam edəcək sərgidə 40 əfqan şirkəti iştirak edir. Onlar əsasən tekstil, qida, inşaat məhsulları təqdim edirlər. 

44 - Tezliklə