Bakıda DGK-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir başa çatıb

Biznes
  • 04 may, 2018
  • 08:24
Bakıda DGK-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir başa çatıb
Report

Bakı. 4 may. REPORT.AZ/ Mayın 2-dən başlayaraq Bakıda keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların (SİO) Beynəlxalq Assosiasiyasının Konfransı bu gün başa çatıb. 

"Report" xəbər verir ki, tədbirin yekununda fəaliyyət planının imzalanması mərasimi keçirilib. 

Planı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev və SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet imzalayıblar.