Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir

Biznes
  • 19 dekabr, 2018
  • 06:48
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilir
Report/ Elchin Murad

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikası Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı işə başlayıb.

“Report” xəbər verir ki, tədbirdə əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.

Daha sonra nazir deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara dövlət dəstək verir: “Aqrar sahədə sahibkarlar bütün vergilərdən azaddırlar”.

Ş.Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) yaradılmasına diqqət çəkərək, biznesin inkişafı üçün qarşıdakı illərdə də tədbirlər görüləcəyini qeyd edib. 

44 filmi