Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib

Biznes
  • 09 sentyabr, 2022
  • 11:06
Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin və Rumıniyanın Kovasna Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Rumıniya biznes forumu keçirilib.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən tekstil sahəsində fəaliyyət göstərən sahibkarları iştirak edib.

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, AQSİA-nın sədri Səkinə Babayeva, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Kovasna Sənaye və Ticarət Palatasının layihə meneceri Miklos Csaszar və millət vəkili Musa Quliyev ölkəmizin əlverişli biznes və investisiya mühiti, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı, KOB-ların fəaliyyəti, qeyri-neft məhsullarımızın Rumıniyaya ixracının genişləndirilməsi imkanları barədə məlumat verib, bu sahədə özəl sektorun rolunu vurğulayıblar.

Tədbir çərçivəsində Rumıniyanın biznes imkanlarına dair təqdimat olub.

44 - Tezliklə