Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək

Biznes
  • 28 noyabr, 2017
  • 08:15
Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək
Report

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarusun Qrodno şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dekabrın 7-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.

“Report” AZPROMO-ya istinadən xəbər verir ki, Belarus nümayəndə heyətinə Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy rəhbərlik edəcək.

Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkətinin qatılacağı gözlənilir.

İşgüzar görüş saat 14:00-da, Bakı Biznes Mərkəzində (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanında) başlayacaq. Tədbirdə iştirak etmək istəyən şirkətlər (012) 598 01 47/48 və yaxud (012) 437 11 42 (daxili: 108, 123, 119) nömrəli telefonlar, eləcə də vmirzayev@azpromo.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.