Bakıda apreldə yeni tikililərdə mənzillərin orta qiyməti 3 % artıb
- 06 may, 2024
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il Bakıda mart ayına nisbətən apreldə daşınmaz əmlakın mənzil seqmentində köhnə tikililərdə orta qiymət 1,27 % artıb.
Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərində görə, ötən ay paytaxtda əvvəlki aya nisbətən yeni tikililərdə örta qiymətlə 2,9 % artıb.
O bildirib ki, ən çox Xətai rayonunda köhnə tikililərdə mənzillərin qiymət artıb. Bu rayonda bahalaşma mart ayı ilə müqayisədə aprel ayında 2,1 % artıb: “Yeni tikililərdə isə qiymət artımı 2,2 % təşkil edib. Bakının Suraxanı rayonunda mənzillərin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 0,3 % artıb, yeni tikililərdə 0,2 % artıb”.
V.Oruc qeyd edib ki, Qaradağ hər 1 kvm-ə görə 0,4 % (yeni tikililərdə 0,6 %), Sabunçu rayonunda 0,8 % (yeni tikililərdə 0,9 %) olub: “Bundan başqa, aprel ayında daha əvvəlki aya nisbətdə Nizami rayonunda mənzilin qiyməti köhnə tikililərdə 1,1 % (yeni tikililərdə 1,5 %), Binəqədi rayonunda 1,2 % (yeni tikililərdə 1.4 %), Yasamal rayonunda 1,5 % (yeni tikililərdə 1,5 %), Nəsimi rayonunda 1,8 % (yeni tikililərdə 1,5 %) artıb”.
Həmçinin Nərimanov rayonunda mənzillərin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 2,09 %, yeni tikililərdə isə 2,6 % artıb.