Bakıda 3 otaqlı mənzillər 8 % bahalaşıb

Biznes
  • 16 iyul, 2024
  • 11:41
Bakıda 3 otaqlı mənzillər 8 % bahalaşıb

Bu ilin iyun ayında Bakıda köhnə tikililərdə 3 otaqlı mənzillərin orta qiyməti (1 kvm-ə görə) ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % artıb.

Bunu “Report” açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 3 otaqlı mənzillərin orta qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayına nisbətən 13,1 % artıb.

"Bakıda 3 otaqlı mənzillər qiyməti köhnə tikililərdə ən çox Nərimanov, Səbail və Xətai rayonlarında bahalaşıb. Nərimanovda qiymət artımı köhnə tikililərdə illik müqayisədə 12,8 %, yeni tikililərdə isə 13,8 % təşkil edib. Xətaidə qiymət artımı köhnə tikililərdə 11 %, yeni tikililərdə 12,6 %, Səbaildə isə köhnə tikililərdə 11 %, yeni tikililərdə 16,3 % təşkil edib”, - deyə o qeyd edib.

Bundan başqa, V.Oruc deyib ki, Nəsimi rayonunda 1 kvm-ə görə köhnə tikililərdə 9 %, yeni tikililərdə 14 %, Yasamal rayonunda köhnə tikililərdə 9 %, yeni tikililərdə 10,3 %, Nizami rayonunda köhnə tikililərdə 8,2 %, yeni tikililərdə 14,3 %, Binəqədi rayonunda köhnə tikililərdə 6 %, yeni tikililərdə 8,2 %, Suraxanı rayonunda köhnə tikililərdə 5,9 %, yeni tikililərdə 7,6 %, Qaradağ rayonunda isə köhnə tikililərdə 3,3 %, yeni tikililərdə isə 5,2 % qiymət artımı qeydə alınıb.