Bakıda 1 otaqlı mənzillərin qiymətləri artıb
- 16 iyul, 2024
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Bakının daşınmaz əmlak bazarında köhnə tikililərdə 1 otaqlı mənzilin qiyməti (1 kvm-ə görə) ötən ilin müvafiq dövrü ilə müqayisədə ortalama olaraq 10,83 % artıb.
Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 1 otaqlı mənzilin qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayı ilə müqayisədə ortalama 13,1 % artıb.
O bildirib ki, Bakıda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə ən çox Səbail rayonunda bahalaşıb. Bu rayonda bahalaşma ötən ilin eyni ayı ilə müqayisədə 16 % artıb. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 21,2 % təşkil edib.
Bakının Xətai rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 14,5 %, yeni tikililərdə 17,3 % artıb. Nizami rayonunda hər 1 kvm-ə görə 13 % (yeni tikililərdə 18,3 %) artım olub. Nərimanov rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 13 %, yeni tikililərdə isə 20 % artıb. Nəsimi rayonunda isə 12,2 % (yeni tikililərdə 22 %) olub.
Bundan başqa, bu müddət ərzində Yasamal rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə 11,7 % (yeni tikililərdə 15,9 %) təşkil edib.
Həmçinin, Sabunçu rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 8 %, yeni tikililərdə isə 13 % artıb.