“Bakı ayaqqabı fabriki” yenidən qurulub

Biznes
  • 15 iyul, 2025
  • 12:24
“Bakı ayaqqabı fabriki” yenidən qurulub

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) keçirdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş “Bakı ayaqqabı fabriki” ASC yenidən qurulub.

"Report" bu barədə ƏMDX-ya istinadən xəbər verir.

Məlumata görə, müsabiqənin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC üzərinə götürdüyü öhdəlikləri icra edib, dövlət büdcəsinə 3,5 milyon manat vəsait köçürüb, müəssisəyə 5,7 milyon manat investisiya yatırıb.

İnvestisiya proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeniləri quraşdırılıb, həmçinin ayaqqabı istehsalında istifadə olunan xammal alınıb. Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlb olunub. Müəssisənin yenidən qurulması, istehsal olunan məhsulun həcminin və keyfiyyətinin yüksəldilməsi ixrac imkanlarının genişlənməsinə imkan verəcək. Müəssisədə 100-dən artıq iş yeri yaradılıb.