"Bakı Ayaqqabı Fabriki"nin rəhbərliyi yenidən formalaşdırılacaq
- 04 avqust, 2025
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 16-da, saat 11:00-da "Bakı Ayaqqabı Fabriki" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 471 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, cəmiyyətin ümumi yığıncağı haqqında Əsasnamənin təsdiq olunması, Müşahidə Şurası haqqında Əsasnamənin təsdiq edilməsi, İcra orqanı haqqında Əsasnamənin təsdiq olunması, Təftiş komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin və sədrinin seçilməsi, Cəmiyətin sədrinin seçilməsi, cəmiyyətin Təftiş komissiyasının (müfəttişin) seçilməsi və dividendlərin verilməsi qaydasının müəyyən edilməsi məsələsi daxildir.
Xatırladaq ki, "Bakı Ayaqqabı Fabriki" 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 7,852 milyon manatdır. Müəssisə 2022-ci ildə özəlləşdirilib və yenidən qurulub.