AZSTAND SOCAR-ın "Neftqaztikinti Tresti"ni sertifikatlaşdırıb
- 03 mart, 2025
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti Tresti"nin inteqrə olunmuş idarəetmə sistemini yenidən sertifikatlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Bu məqsədlə AZSTAND ISO 9001:2015 "Keyfiyyəti idarəetmə sistemləri. Tələblər", ISO 14001:2015 "Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər" və ISO 45001:2018 "Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik" standartları əsasında uyğunluğun qiymətləndirilməsi xidmətləri göstərib.
AZSTAND sertifikatlaşdırma xidmətlərini həyata keçirməklə müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin dövlət və beynəlxalq standartların tələblərinə uyğunluğunu yoxlayır, onların təkmilləşdirilməsinə dəstək olur.