AZSTAND-ın Salyanda yerləşən sınaq laboratoriyasına mediatur təşkil olunub

Biznes
  • 24 dekabr, 2022
  • 06:16
AZSTAND-ın Salyanda yerləşən sınaq laboratoriyasına mediatur təşkil olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Salyan rayonunda yerləşən yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasına mediatur təşkil olunub.

“Report”un Aran bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan mediaturda AZSTAND-ın baş direktoru İlham Bayramov KİV nümayəndələrinə institutun fəaliyyət istiqamətləri, qəbul olunan yeni standartlar və onların tətbiq sahələri barədə ətraflı məlumat verib.

Sonra media mənsubları yeyinti və kənd təsərrüfatı mallarının sınaq laboratoriyasında taxılın keyfiyyət analizi, tütün məmulatlarında nəmliyin, süddə turşuluğun, duz məhsullarında yodun təyini və digər analizlərin aparılması prosesi ilə tanış olublar.

Sonda mediatur iştirakçılarının sualları cavablandırılıb.