AZPROMO Naxçıvanda ixracatçılar üçün təlimlərə start verib

Biznes
  • 23 oktyabr, 2023
  • 16:30
AZPROMO Naxçıvanda ixracatçılar üçün təlimlərə start verib

AZPROMO Naxçıvanda ixracatçılar üçün təlimlərə start verib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvanda ixrac fəaliyyəti ilə məşğul olan kadrların bilik və bacarıqlarının artırılması, həmçinin ixrac əməliyyatlarının həyata keçirilməsinə hazır olmaları istiqamətində 2 günlük təlimlərə start verilib.

AZPROMO-nun əməkdaşı Samirə Məmmədova jurnalistlərə bildirib ki, təlimin digər məqsədi yerli şirkətlərin məhsullarının xarici bazarlara çıxarılması üçün dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumatların verilməsidir.

O, həmçinin qeyd edib ki, dekabr ayında İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AZPROMO-nun təşkilatçılığı altında Türkiyəyə ixrac missiyasının həyata keçirilməsi nəzərdə tutulur:

"Bu məqsədlə Naxçıvanda fəaliyyət göstərən ixracyönümlü məhsullar istehsal edən şirkətlərin həmin dəstək tədbirlərindən yararlanmağa dəvət edirik. Dəvətə gəlincə, hazırda “Made in Azerbaijan” brendi altında Naxçıvan məhsullarının xarici bazarlarda keçirilən sərgilərdə, ixrac missiyalarında iştirakı üçün hərtərəfli şərait yaradılıb. Bunlardan əsasən qənnadı məhsulları istehsal edən şirkətlər, eləcə də konservləşdirilmiş məhsullar istehsal edən şirkətlərin artıq AZPROMO-nu və İqtisadiyyat Nazirliyi tərəfindən xarici bazarlarda iştirakının təmin edilməsinə şərait yaradıb".