AZPROMO: Mərkəzi Asiya ilə qarşılıqlı əlaqə Azərbaycan üçün əhəmiyyətlidir

Biznes
  • 22 may, 2026
  • 13:38
AZPROMO: Mərkəzi Asiya ilə qarşılıqlı əlaqə Azərbaycan üçün əhəmiyyətlidir

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsinin Özbəkistanda yerləşdirilməklə fəaliyyət göstərir: "Həmin nümayəndəlik Tacikistanla iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır. AZPROMO fəaliyyətinin digər istiqaməti çərçivəsində vahid pəncərə prinsipi ilə fəaliyyət göstərərək xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi ilə məşğul olur və layihənin həyata keçirilməsinin bütün mərhələlərində investorlara tam müşayiət təmin edir".

O, tacik həmkarlarını bu ilin sentyabrın 25-26-da Bakıda keçiriləcək II Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyə dəvət edib: "Bugünkü biznes-forumun rəsmi hissəsindən sonra Tacikistan şirkət nümayəndələrinin təqdimatları və B2B görüşlər nəzərdə tutulub. Onlarda hər iki tərəfdən qida və yüngül sənaye, logistika və nəqliyyat, kənd təsərrüfatı, pərakəndə ticarət, tikinti materialları istehsalı, mebel, turizm, innovasiyalar, sex texnologiyaları və energetika kimi sahələri təmsil edən təqribən 50 şirkət iştirak edəcək. Bu, sahibkarlar üçün potensial layihələri birbaşa müzakirə etmək və yeni əlaqələr qurmaq üçün yaxşı imkandır".

44 filmi