“Azpetrol” Hadrutda sayca 96-cı yanacaqdoldurma məntəqəsini istismara verib
- 17 oktyabr, 2022
- 05:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə 2-ci, respublika üzrə isə 96-cı yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib.
İşğaldan azad edilən ərazilərdə “Azpetrol” brendi altında fəaliyyət göstərən növbəti səyyar (modul) tipli YDM Hadrut qəsəbəsində yerləşir.
Burada "Aİ-92", "Premium" və "Dizel" yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 5 yeni iş yeri yaradılıb. Zəngilanın Ağalı kəndi ərazisində avqust ayından fəaliyyət göstərən YDM-in işçilərini nəzərə alaraq, “Azpetrol” şirkəti Qarabağ ərazisində artıq 10 daimi iş yerinin açılmasını təmin edib.
“Azpetrol” şirkətinin ilk YDM-i - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 96 YDM-i, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
"Azpetrol" – Daim inkişafa doğru!