“Azfinance İnvestisiya Şirkəti” metal məmulatları istehsalçısından pay alıb

Biznes
  • 29 iyul, 2022
  • 05:33
“Azfinance İnvestisiya Şirkəti” metal məmulatları istehsalçısından pay alıb

“Azfinance İnvestisiya Şirkəti” QSC “AzesteelCompany” ASC-nin səhmlərinin 10%-ni alıb.

"Report" xəbər verir ki, bunun üçün investisiya şirkəti 3 alqı-satqı əqdi bağlamaqla 835 490 manat ödəyib. Bu, əldə edilmiş səhmlərinin nominal dəyəri qədərdir.

Xatırladaq ki, bundan əvvəl "Azfinance" “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni əldə edib.

Xatırladaq ki, "AzeSteelCompany" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 354 900 milyon manatdır. Şirkət 3 əsas istehsal sahəsi üzrə (tikinti armaturları, oksigen və azot istehsal və polad pəstahlar ) fəaliyyət göstərir.