Azərbaycanlı sahibkarlar "Ukrainian Food Expo 2018" sərgisinə dəvət edilir

Biznes
  • 15 may, 2018
  • 07:31
Azərbaycanlı sahibkarlar Ukrainian Food Expo 2018 sərgisinə dəvət edilir

Bakı. 15 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

"Report"un məlumatına görə, Fond iş adamlarını bu il noyabrın 21-23-də keçiriləcək "Ukrainian Food Expo 2018" illik geniş miqyaslı beynəlxalq sərgidə iştirak etməyə çağırıb.

Sərgi haqqında daha ətraflı məlumat əldə etmək üçün www.ukrainian-food.org/uk internet səhifəsinə müraciət etmək lazımdır.