Azərbaycanla ticarət aparan ölkələrin sayı azalıb

Biznes
  • 20 iyun, 2018
  • 11:42
Azərbaycanla ticarət aparan ölkələrin sayı azalıb
Report

Bakı. 20 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan 160 xarici ölkə ilə ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövründə 166 olub.

Başqa sözlə, son 1 ildə Azərbaycanın ticarət tərəfdaşlarının sayı 6 vahid və yaxud 3,6% azalıb.