Azərbaycanla Özbəkistan ikinci müştərək şərab müəssisəsi yaradacaq

Biznes
  • 20 dekabr, 2021
  • 10:47
Azərbaycanla Özbəkistan ikinci müştərək şərab müəssisəsi yaradacaq

Özbəkistanda Azərbaycanla ikinci müştərək şərab müəssisə tikmək nəzərdə tutulur.

Bunu “Report”a Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Üzümçülük və Şərabçılıq Agentliyinin şöbə müdiri Şahabbas Səngilov bildirib.

“Azərbaycanla birgə ələlxüsus şərabçılıqla bağlı xeyli geniş planlarımız var. Azərbaycanla müştərək olaraq Özbəkistanda açdığımız müəssisədə yerli xammal əsasında və “Tovuz” brendi altında müxtəlif şərablar istehsal olunur. “Tovuz” brendi dünyada, xüsusilə də Avropa ölkələrində çox məşhurdur. Bu brend altında Özbəkistanda istehsal olunan şərablar Estoniya, Latviya, Litvaya ixrac edilir. İndi Özbəkistanda daha bir müştərək müəssisə tikmək istəyirik. Orada albalı, heyva, nar və digər meyvə şərabları istehsal ediləcək”, - o deyib.

Şöbə müdiri həmçinin yalnız Özbəkistanda becərilən üzüm növlərindən hazırlanan şərabları Azərbaycana ixrac etmək istədiklərini söyləyib.

44 - Tezliklə