Azərbaycanla İsrail investisiyaların təşviqini müzakirə edib
- 19 aprel, 2023
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanla İsrail arasında investisiyaların və ticarət əlaqələrinin təşviqi müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazir qeyd edib ki, bununla bağlı müzakirələr bu gün Bakıda keçirilən Azərbaycan hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın iclasında keçirilib: “İkitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirdik. Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb”.
#Azərbaycan Respublikası Hökuməti ilə #İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclasında ikitərəfli #iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 19, 2023
• #Ticarət əlaqələrinin və #investisiya-ların təşviqi
• Ətraf mühitin… pic.twitter.com/vHMN3IgPJu