Azərbaycanın zəfəran ixracından gəlirləri 4 dəfədən çox artıb

Biznes
  • 24 sentyabr, 2022
  • 09:14
Azərbaycanın zəfəran ixracından gəlirləri 4 dəfədən çox artıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13,33 min ABŞ dolları dəyərində 0,04 ton zəfəran gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 51,5 %, kəmiyyət olaraq – 42,9 % azdır.

İrandan 12,65 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50,8 % azdır) 0,01 ton (-66,7 %), Gürcüstandan 0,46 min ABŞ dolları dəyərində (+77 %) 0,02 ton (+2 dəfə) və Türkiyədən 0,23 min ABŞ dolları dəyərində (-15 %) 0,01 ton (dəyişməyib) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 3,23 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 0,01 min (dəyişməyib) ton zəfəran ixrac edib. Tədarük olunan ölkə təyin olunmayıb (Rüsumsuz Ticarət Mağazasından alınıb).

44 - Tezliklə