Azərbaycanın tütün ixracından gəlirləri 26% azalıb

Biznes
  • 23 oktyabr, 2021
  • 12:35
Azərbaycanın tütün ixracından gəlirləri 26% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 68,95 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon ABŞ dolları (11,3 %) çoxdur.

9 ay ərzində Azərbaycanın ixrac etdiyi tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri isə 7,9 milyon dollar olub ki, bu da 1 il əvvələ nisbətən 2,75 milyon dollar (25,8 %) azdır.

Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxala çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,8%-ni, bu məhsulların ixracından əldə olunan gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,05 %-ni təşkil edib.