Azərbaycanın Türkiyədən metal idxalına çəkdiyi xərci 7 % azaldıb
Biznes
- 02 fevral, 2024
- 13:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 6,8 % azdır. Türkiyənin Azərbaycana qara və əlvan metal ixracı ümumi ixracının 5,5 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi qara və əlvan metal ixracı illik müqayisədə 10,5 % azalaraq 940 milyon ABŞ dollarına enib. Yanvarda Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya (119,2 milyon ABŞ dolları; illik müqayisədə 15,5 % az), İtaliya (63 milyon ABŞ dollar; 16,5 % az), ABŞ (48,8 milyon ABŞ dolları; 15,2 % az) və İngiltərə (43,7 milyon ABŞ dolları; 6,6 % az) həyata keçirib.
Son xəbərlər
05:05
Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil
Digər ölkələr
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr