Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 35 %-dək artıb

Biznes
  • 22 iyul, 2023
  • 12:25
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 35 %-dək artıb

Bu ilin I yarısında Azərbaycanla Türkiyə arasında 3 milyard 916 milyon 90 min ABŞ dolları həcmində ticarət əməliyyatları aparılıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 34,8 % çoxdur.

Altı ayda Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,7 %-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan Türkiyəyə məhsul ixracını illik müqayisədə 49,5 % artıraraq 2 milyard 768 milyon 968 min ABŞ dollarına çatdırıb. Türkiyəyə ixrac ölkənin ümumi ixracının 15,41 %-i həcmində olub..

Azərbaycanın Türkiyədən idxalı isə 9 % artımla 1 milyard 147 milyon 121 min ABŞ dolları dəyərinə yüksəlib. Ölkənin ümumi idxalında Türkiyədən idxalın payı 13,99 % təşkil edib.