Azərbaycanın şəkər ixracından qazancı 40 % azalıb

Biznes
  • 18 iyun, 2022
  • 12:07
Azərbaycanın şəkər ixracından qazancı 40 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 74,014 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı ixracının dəyəri isə 9,89 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 40,1 % azdır.

5 ay ərzində şəkər idxalına çəkilən xərc ümumi idxalın 1,44 %-ni, şəkər ixracından əldə olunan gəlir isə ümumi ixracın 0,06 %-ni təşkil edib.